İdman

Azərbaycanın ən dəyərli klubu müəyyənləşdi – SİYAHI

Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib. Fanat.Az “Transfermarkt”ın hesablamalarına əsasən xəbər verir ki, 8 elita təmsilçisinin heyətində yer alan futbolçuların ümumi dəyəri 45 milyon 540 min avrodu.

Premyer Liqanın ən dəyərli klubu “Qarabağ”dır. Son 3 mövsümün çempionu, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış Ağdam klubunun ümumi dəyəri 17 milyon 280 min avrodu.

İkinci pillədə qərarlaşan “Qəbələ” əvvəlki illərə nisbətən dəyər itirib. İndi “qırmızı-qaralar”ın ümumi dəyəri 9 milyon 100 min avroya bərabərdi.

İlk “üçlüy”ü “Neftçi” qapayır. Uğursuzluq zolatından çıxa bilməyən “ağ-qara” klubun futbolçularına 5 milyon 900 min avro qiymət qoyulub.

1. Qarabağ – 17 milyon 280 min avro
2. Qəbələ – 9 milyon 100 min avro
3. Neftçi – 5 milyon 900 min avro
4. Zirə – 3 milyon 980 min avro
5. Səbail – 2 milyon 750 min avro
6. İnter – 2 milyon 550 min avro
7. Sumqayıt – 2 milyon 500 min avro
8. Kəpəz – 1 milyon 480 min avro

Bənzər yazılar

Back to top button