Nəzir qutuları yığışdırılır?

Print Friendly, PDF & Email

“Nəzir qutuları yığışdırılmamalıdır” – Şeyxin deputat qardaşı etiraz etdi
“Nəzir qutularının yığışdırılması absurd fikirdir”.

Bu fikirləri modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə deyib. Onun sözlərinə görə, nəzir qutuları dövlət təşkilatına verilə bilər: “Nəzir qutularının yığışdırılması barədə heç vaxt fikirləşməmişəm. Amma deyə bilərəm ki, ikinci bir yer olmalıdır ki, insanlar inanclarını yerinə yetirsinlər. Əgər kimlərsə nəzir qutularının yığışdırılmasını məsləhət görürsə, o zaman həmin nəzir qutularını dövlət təşkilatlarına versinlər. Bunu dövlət strukturları xalqla öz aralarında necə həll edəcəksə, elə də etsin. Bu zaman dövlət özü gələn gəlirləri hesablasın, hesabat versin.

Cavanşir Paşazadə qeyd edib ki, nəzir qutularından danışarkən digər vacib məsələlər də gündəmə gətirilməlidir: “Yol kənarlarında quraşdırılan nəzir qutularından danışırıq. Bəs o zaman küçədəki dilənçilərdən niyə danışmırıq? Svetaforun yanmasını görən kimi insanlardan pul dilənirlər. Təbii ki, bu dilənçilər özbaşına deyil. Bunlara şərait yaradanlar var. Bəs bunları niyə dilə gətirmirik?! Ancaq pirlərdəki nəzir qutularından danışırıq. Pirlərin sayı yüzdürsə, dilənçilərin sayı mindir. Düşüncəmə görə, pirlərdə quraşdırılan nəzir qutuları ilə bağlı fikirlər radikal fikirlərdir. Pirlərin ərazisi hansısa icra hakimiyyətinin nəzarətindədir. Bunun üçün həmin nəzir qutularından yığılan vəsaitlərin hara xərcləndiyini öyrənsinlər. Ümumiyyətlə, nəzir qutuları ilə bağlı narazılıqlar Sovet dövründə də olub, indi də var”.

Deputat yalançı mollardan da söz açıb: “Bəzi pirlərdə acınacaqlı durum hökm sürür. Bir də görürsünüz ki, bir saqqallı peyda oldu. Başına da atasının papağını qoyur və deyirlər ki, “filankəs molladır”. Axı bu hardan molla oldu?! Ona görə də söhbət təkcə nəzir qutularının yığışdırılmasından getməməlidir. Ən əsası pirlərdən dilənçiləri yığışdırmaq lazımdır. Dünyanın hansı bucağına gedirsən get, qarşına kassalar çıxır. Yahudi də, xristian da ürəyindən keçən məbləği qutuya atır. Bu zaman bizdə də dövlət bu işə nəzarət etsin. Bütün satış yerlərində kassalar quraşdırılsın və nizamlasın. Ona görə də bunları dinin üzərinə atmaq lazım deyil”.

...