Hadisə

Vəzifəli şəxsi bıçaqladılar

Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.

AzToday.az “Report”a istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar

Back to top button