İdman

“Çelsi” ilə oyunda “Qarabağ” hücum edəcək” – Qurban Qurbanov

“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, London klubu ilk dəqiqələrdən onları müdafiədə oturtmağa cəhd edəcək: “Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, “Çelsi”ni təmsil edir”.

Q.Qurbanov “Çelsi”nin baş məşqçisi və futbolçuları haqda müsbər fikirlər səsləndirib: “Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Bənzər yazılar

Back to top button