Ədalət Qənbərov “Lexus 570” avtomobilini İŞİD-ə necə satdı?

Print Friendly, PDF & Email

Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları Suriya və İraqda satmaq məqsədilə “lüks” avtomobillərin oğurluq sxemini aşkarlayıb.

Virtualaz.org yerli “Fontanka” nəşrinə istinadən xəbər verir ki, avtomobillər qondarma şəxslərin adına alınır, sonradan onlarda quraşdırılmış qaçırılmaya qarşı COM mühafizə sistemi söndüürülür, maşınlar özləri isə digər ölkələrə, o cümlədən İŞİD-in nəzarəti altında olan bölgələrə aparılır.

Hazırda “Lexus LX570” markalı avtomobilin oğurlanması barədə məlumat vermiş Azərbaycan vətəndaşı Ədalət Qənbərov barəsində istintaq hərəkətləri aparılır. Avtomobildə iki mühafizə sistemi quraşdırılıb ki, bunlardan biri onu qaçıranlar tərəfindən söndürülüb, lakin yeni sahibindən xəlvəti yerdə quraşdırılmış ikinci mühafizə sistemi işlək vəziyyətdə qalıb. Bu səbəbdən də avtomobili satan salonun rəhbərliyi onun İraqın Ərbil şəhərində olmasını müəyyən edə bilib. Maşının keçmiş sahibi isə avtomobilinin qaçırılması faktına görə avtomobilin dəyəri həcmində (6,7 milyon rubl – təxminən 110 min dollar) söğorta haqqı almaq niyyətində idi.

Mənbə bildirir ki, oxşar sxem üzrə “Toyota Land Cruiser”, “BMW X5” və daha təxminən 15 avtomobil qaçırılıb. Onların izlərinə sonradan Tacikistanda, İraqda və Suriyada rast gəlinib. Bütün bu maşınlar qondarma şəxslərin adlarına əldə olunub.

...