“Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq” – Jezniçak

Print Friendly, PDF & Email

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak özünün “Tvitter” səhifəsində paylaşım edib.

Qol.az-ın məlumatına görə, polşalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə oyundan öncə komanda yoldaşları Maksim Medvedev və Dino Ndlovu ilə birlikdə London kafesində çəkdirdiyi şəkli paylaşıb. O, fotonun altında yazdığı şərhlə D.Ndlovuya dəstək olub. Jezniçak afrikalı hücumçunun “Çelsi” ilə səfər oyununda qol vuracağına inandığını bildirib: “Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq”.

Qeyd edək ki, bu gün “Stemford Bric”də keçiriləcək “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

...