Hadisə

Qadın evə usta çağırdı və usta faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AzToday.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan qadın Sabunçu Rayon Elektrik Təchizatı və Satış İdarəsinə üzləşdiyi problemlə bağlı müraciət edib.

Evə gələn elektrik mantyoru Nəsirov Nemət Əzizağa oğlu təmirlə məşğul olarkən onu cərəyan vurub və idarə işçisi hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button