Neftçilər xəstəxanasında Leyla, Rəşad, Mircəlal TRİOSUNUN ŞOK GİZLİNLƏRİ

Print Friendly, PDF & Email

Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalıq, hərc-mərclik hökm sürür. Səhiyyə nazirinə edilən şikayətlər isə qulaqardına vurulur. Bu da səbəbsiz deyil. Çünki, xəstəxana rəhbərinin dükanı olan bu tibb ocağı vətəndaşlara qan uddurmaqla yanaşı gizlin bir şəbəkənin fəaliyyət ocağına çevrilib. Azerinews.org-un əldə etdiyi məlumatda iddia olunur ki, nazirliyin MNX-da rüşvətxorluq hallarına, vətəndaşların soğan qabığı kimi soyulmasına göz yumması da sözügedən şəbəkənin mövcudluğuna bağlıdır.

Azerinews.org-a edilən şikayətlərdə isə deyilir ki, dövlət tibb müəssisəsi olmasına baxmayaraq, xəstəxanada açıq şəkildə qiymət “oxunur”. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. Adının çəkilməyin istəməyən şəxsin saytın elektron ünavanına göndərdiyi məlumatda yuxarıda göstərilən faktlar açıq şəkildə yazılıb. Həmin şikayəti ixtisarla oxuculara təqdim edirik:

“Hörmətli redaksiya, Neftçilər Xəstəxanasında özbaşnalıqdır höküm sürür, işçiləri məzüniyyətə buraxmırlar, deyilər məzuniyyətə öz hesabına gedin. Xəstəxana borc icində batır, heç məzuniyyət pulları iyul ayının verilməyib, verilən dərmanlar özəl apteklərdə baha qiymətə satıldığından, dərman qıtlığı var, camaat təşvış icindədir, kim nəsə demək istəyən kimi, ərzəsini yazdırıb çıxarılar işdən. Kecən ay 2-3 nəfər sanitarka işdən cıxarılıb direktor tərəfindən amma bəzi həkimlər var ki, rüşvətsiz yaşaya bilmirlər. Misal olaraq Mircəlal kazımıni göstərə bilərəm ki, oda Gürcüstanda axtarışdadır. Rəşad həkim isə bahalı maşınlarda, Porşe, Mersedes GL-də gəzib dəbdəbəli həyat sürür. Xəstəxananın rəhbəri də külli-ixtiyarı verib bunlara və öz əlaltılarına. Onlarda aldıqları pulları kassaya vurmurlar. Rəhbərliklə 50 faizə işləyən bu şəxslər qalan qazancıda qoyurlar ciblərinə. Digər xanım həkmlər və şəfqət bacıları da var ki, işlədikləri pulu Leyla xanımla bölürlər. Onlarsa 70 faizə işləyirlər. Amma sadə tibb bacıları, sanitarkalar qəpik, quruşa işlədib, halal maaşlarında verirlər. Ayda 116 manat nədiki onuda vaxtında verə bilmirlər. Axı bizlərində ailəsi var. Xahiş edirik işıqlandırın bu özbaşınalıqları, hörmətli prezidentimizdə və nazirimizdə tanısın burdakı oyunbazları…!”

Bundan başqa bildirək ki, Səhiyyə Nazirliyinin dövlət tibb ocaqlarında pulsuz xidmət barədə sərəncamına rəğmən, Neftçilər Xəstəxanası rüşvət koloniyasına çevrilib. Hələ bir müddət əvvəl Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) səhiyyə xidməti göstərən müəssisələri Səhiyyə Nazirliyinin balansına keçsə də, bu qərar şirkətin bütün səhiyyə müəssisələrinə aid edilmədi. Məsələn, Ultra Səs Müayinəsi (UZİ) hər yerdə 20 manat olduğu halda, bu tibb mərkəzində 40 manat tələb edirlər. Redaksiyamıza təqdim olunan UZİ müayinəsinin nəticələrindən də görmək olar ki, qiymətlər od tutub yanır. Eyni müayinəyə görə ikiqat pul istənilir. Azerinews.org-a qiymət cədvəli təqdim olunub. Qeyd edilir ki, xəstəxananın qapısından baş həkimin otağına qədər pul paylayıb, çıxmalısan. Vəssalam!!!

Ölkədə səhiyyə sisteminin inkişafına dövlət dəstəyinin artırıldığı bir dövrdə vətəndaşlarımızın bir hissəsinin xaricdə müalicəyə yollanması bəzi məqamlardan xəbər verir. Daha dəqiq desək, onların yerli səhiyyə sisteminə inamsızlığını ifadə edir.

Yazıda adları keçən şəxslərin mövqeyini işıqlandıra bilərik…

...