İdman

İliçiç Messi və Ronaldonun rekordunu təkrarladı

“Atalanta”nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.

Qol.az xəbər verir ki, sloveniyalı forvard 1/8 finalda “Valensiya” ilə səfər qarşılaşmasında (4:3) pokerə imza atmaqla bunu edib. İliçiç ÇL-in pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran üçüncü oyunçu olub. O, “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya məxsus göstəricini təkrarlayıb.

Qeyd edək ki, Messi 2011-12 mövsümündə “Bayer”ə 6, Ronaldo isə 2016-17 mövsümündə “Real”da olarkən “Bavariya”ya 5 qol vurmuşdu.

Bənzər yazılar

Back to top button