GündəmManşetSiyasət

İlham Əliyev: Azərbaycana yeni PUA-lar və uzaqmənzilli raketlər gətiriləcək

Azərbaycan ordusunun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Bunun üçün kompleks tədbirlər görülür, deyə dövlət başçısı qeyd edib.

“Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”, deyə Əliyev bildirib.

Bənzər yazılar

Back to top button