Cəmiyyət

“Köhnə kəndə yeni adət” gəldi… Azərbaycan kəndində yas mərasimlərində ehsan ləğv olunub

Yas mərasimlərində yemək israfı cəmiyyəti həmişə narahat edib. Bununla bağlı müzakirələr hətta parlament iclaslarına yol açıb. Azərbaycan kəndlərindən birində məsələni kökündən həll etmək qərarına gəliblər. Burada yas mərasimlərində ehsan verilməsi ənənəsini ləğv ediblər.

Bizimyol.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində gözlənilməz qərar qəbul edilib. Kənd ağsaqqalları 3, 7, 40 və il ehsanlarının verilməsinin dayandırılması qərarına gəliblər. Bu haqda Mahmudkəndin sosial media hesablarında yazılıb. Bildirilir ki, bundan sonra kənddəki yas mərasimlərində ehsan verilməyəcək. Əlbəttə, vəfat edən şəxsin yaxınlarına baş çəkmək olar. Amma qərarı pozmaq istəyənlər məqsədinə çatmayacaq. Çünki mərasimdə heç kim iştirak etməyəcək.

Elanda beləcə də yazılıb: Elan kənd ağsaqallarının adından paylaşılıb. Lakin yazıda kənd əhalisinin ortaq qərar verdiyi qeyd olunub.

Mahmudkəndin əhalisini 4 min nəfərdən çoxdur. Yetərincə böyük kənddən söhbət gedir. Görünür, ehsan zamanı israfa yol verilməsi kənd camaatını bezdirib. Buna görə də radikal addım atmaq qərarına gəliblər. Rəylər göstərir ki, çoxluq qərarla razıdır. Bunun əleyhinə çıxanlar da var. Amma ümumi fikir belədir ki, indiki sosial şərtlərlə ehsan verilməsi düz deyil.

Bənzər yazılar

Back to top button