GündəmHadisə

Əhəd Abıyev Kərəm Həsənova qarşı çıxdı – “Onun marağının olmasını eşitmişəm”

Dünən mətbuatda “Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib.

Məsələ ilə bağlı Unikal.org-a danışan Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: “Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib: “Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”.

Bənzər yazılar

Back to top button