Azərbaycanda nazir futbol klubu yaratdı: Premyer Liqaya gətirir

Print Friendly, PDF & Email

Yeni yaradılan “Vətən” bu mövsüm I Divizionda mübarizə aparacaq. AzToday.az sportinfo.az-a istinadən xəbər verir ki, klubun himayədarı Mikayıl Cabbarovdur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013) olduğu illərdə “Fortuna”nı yaradan, daha sonra “Zirə”nin təsis olunması fikrini irəli sürən indiki təhsil naziri “Vətən”ə artıq yeni sponsorlar tapıb.

Ona görə də klubun adının dəyişdirilməsi gündəmdədi. Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yeni açılan “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazası onlara təklif olunub. Komandanı burda məskunlaşdırmaq istəyən M.Cabbarov büdcəni də artırmağa hazırlaşır.

Hazırda isə “Vətən”in hesabında 250 min manat var. Nazirin fikri ciddidi – o, çoxdankı arzusunu reallaşdıraraq, Premyer Liqada təmsil olunmaq istəyir. AFFA-nın baş katibi Elxan Məmmədov bu yolda “Vətən”ə hər cür dəstək vəd edib.

...