Azərbaycanda qeyri-adi mərasim: ölülər gəlir, yeməklərin dadına baxır və… FOTOLAR (VIDEO)

Print Friendly, PDF & Email

Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar
Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin maraqlı adət-ənənələri və fərqli mətbəxi mövcuddur. Bu xalqlardan biri də Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan ingiloylardır. Onlar ildə iki dəfə ölüləri ziyarətetmə mərasimini qeyd edirlər.

Azərbaycan ərazisində yaşayan ingiloylar xristian dininə sitayiş edirlər. Onların dini düşüncəsinə görə, insanlar öləndən sonra o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər. Bu səbəbdən də, onlar qəbirüstə çıxma mərasimində, evdə hazırlanan yeməkləri, şirniyyatları, meyvə-tərəvəzi, müxtəlif şirələri, alkoqollu içkiləri özləri ilə aparıb doğmalarının qəbirlərinin üstünə düzürlər.

Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar. Standart olaraq, qəbir üstünə həm də plov, içliyi şordan hazırlanan gürzə (xəmir xörəyi – red.) və çaxır aparılır. Onlar düşünürlər ki, ölü gəlib həmin süfrədəki nemətlərin dadına baxır və sahibindən razı gedir.
Mərasimin başlanğıcında qəbrin üstündə şamlar yandırılır. Sonra nemətlər qəbrin üstünə düzülür və saqmel tökmə mərasimi olur. Saqmel — şam ağacının üzərindəki yapışqan maddədən hazırlanır. Həmin sarı rəngli yapışqan yığılır, qurudulur, ovulur və istifadə olunur. Bu mərasim tərcümədə “ölünün adına duz tökmə” mərasimi adlanır.
Həmin saqmel, adətən çömçədəki közün üzərinə tökülür. Saqmel töküldükdən sonra, mütləq ölünün kişi qohumu əlində çaxır və ya araqla mərasimin açılışını elan edir. Bundan sonra hamı oturub yeyib-içir və evinə qayıdır.

...