Azərbaycanda toya gedən ailə dəhşət yaşadı – TƏFƏRRÜAT

Print Friendly, PDF & Email

Dünən axşam Kürdəmir rayonunda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində sürücünün idarəetməsindən çıxaraq aşan “Toyota Previa” markalı minivan tipli avtomobildəki şəxslər Bərdəyə toya gedirmiş.

Belə ki, Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Elmin Hüseynov özünə məxsus 7 oturacaqlı avtomobillə anasını, həyat yoldaşını, bacısını, bacısının yoldaşını, onların iki övladını və özünün iki oğlunu doğulub böyüdüyü Bərdəyə toya aparırmış. Bu gün Bərdədə Elminin xalası oğlunun toyu keçiriləcəkmiş. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

...