Dünya

Kabildə xəstəxanaya hücum: 4 ölü, 8 yaralı

Əfqanıstanın paytaxtı Kabilin Dəşti Barçi bölgəsində Sərhədsiz Həkimlər Təşkilatının fəaliyyət göstərdiyi xəstəxanaya silahlı və bombalı hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 mülki vətəndaş həyatını itirib, 8 nəfər isə yaralanıb. Bu barədə açıqlama verən ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Merve Amini hücumu törən 3 nəfərdən birinin saxlanıldığını və 80 nəfərin xəstəxanadan təxliyə edildiyini bildirib.

Taliban isə hücumla əlaqələri olmadıqlarını açıqlayıb.

Bənzər yazılar

Back to top button