İlk dərs günü qəzada ölən azyaşlı qardaşların FOTOSU

Print Friendly, PDF & Email

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar- Kürdəmir sərhədində Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Nəticədə, sürücünün oğulları Ucal Hüseynov (2011-ci il) və Firdovsi Hüseynov (2013-cü il) hadisə yerində ölüblər.

“AzToday.az” xəbər verir ki, qəzanın qurbanı olan azyaşlı qardaşların fotosu sosial şəbəkədə yayılıb.

6 yaşlı Ucalın dünən ilk dəfə məktəbə getdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

...