Hadisə
Abşeronda ağır avtobus qəzası: 7 yaralı
Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizimyol.info report-a istinadən xəbər verir ki, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.
Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.
Bir nəfərin – 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.