Dünya

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti saxlanıldı

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan polis tərəfindən saxlanılıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə məlumatı onun vəkili Amram Makinyan yayıb.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, o, qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinir. Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button