Sabah 36 dərəcə isti olacaq

Print Friendly, PDF & Email

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qaynarinfo”ya verilən məlumata görə, həftənin ilk iş günündə yarımadada havanın yağmursuz olması gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 19-21°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti,

dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

...