Telman İsmayılov barəsində axtarış elan olunacaq

Print Friendly, PDF & Email

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov yaxın zamanda cinayətkar birlik yaratmaq və adam öldürməklə bağlı cinayət işi çərçivəsində axtarışa verilə bilər.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, cinayət işi 5 maddə (cinayətkar birlik yaratmaq), (qətl), (qanunsuz silah saxlama), (qanunsuz bank fəaliyyəti) və (yandırma) maddələri üzrə araşdırılır.

İş üzrə materiala görə, İsmayılovlar ailəsinin rəhbərlik etdiyi cinayətkar birliyin üzvləri hazırda iki qətllə bağlı təqsirkar bilinir.

Lakin İsmayılovlar həm də daha 3 şəxsin qətlində və özgəsinin mülkiyyətini yandırmaqla qəsdən məhv etməkdə şübhəli bilinirlər.

“Reallıöa görə İsmayılovların aidiyyəti olan qətllərin sayı onlarladır”, – mənbə belə deyib.

Bunların arasında 2005-ci ildə Lianozovsk bazarının yandırılması da var.

Telman İsmayılovun qardaşlarından biri Rafiq İsmayılov həbsdədir. Digər qardaşı Vaqif, Daxili İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı barəsində axtarış elan edilib.

Bu həftə Telman İsmayılovun kotteclərində və mənzillərində axtarış aparılıb.

“İş üzrə təkcə Telmanın yox, uşaqlarının da adları keçir. Proses elə istiqamətdə gedir ki, yaxın zamanda Telman İsmayılov axtarışa veriləcək”, – mənbə vurğulayıb.

...