Dünya

Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan tələf oldu

Avstraliyanı bürüyən meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan tələf olub.

Qaynarinfo xəbər verir ki, bu məlumat Sidney Universitetinin apardığı araşdırmadan sonra məlum olub.

Tədqiqata görə, heyvanlardan 800 milyondan çoxu Yeni Cənubi Uelsdə ölüb.

Qeyd olunur ki, alimlər nəticə çıxararkən, ölkədəki məməlilərin, quşların və sürünənlərin populyasiya sıxlığının mühafizəkar qiymətləndirmələrinə əsaslanıblar, beləliklə tələf olan heyvanların sayı bundan daha çox ola bilər.

Xatırladaq ki, Avstraliyada meşə yanğınları bir neçə aydır davam edir. Yanğın 23 nəfərin ölümünə, minə yaxın evi yanmasına, milyonlarla hektar ərazinin məhvinə səbəb olub. Ölkənin cənub-şərq sahillərində əhalinin genişmiqyaslı təxliyəsi həyata keçirilir.

Bənzər yazılar

Back to top button