Dünya

Aİ səfiri: “Azərbaycanla sazişin tez bir zamanda deyil, yaxşı hazırlanması vacibdir”

“Düşünürəm ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin müzakirəsinin növbəti mərhələsi noyabrın 24-də keçiriləcək “Şərq Tərəfdaşlıq” sammitinədək baş tutacaq”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.

Səfir bildirib ki, sazişin hazırlanması istiqamətində işlər yaxşı gedir: “Bu saziş Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın fundamental prinsiplərini əks etdirir. Buna görə də sazişin tez bir zamanda deyil, yaxşı hazırlanması vacibdir. Saziş sammitə qədər hazırlansa, daha yaxşı olar. O vaxta kimi çatdırmasaq, çalışacağıq ki, işləri tez yekunlaşdırmaq üçün danışıqları eyni tempdə davam etdirək”.

Bənzər yazılar

Back to top button