Hadisə

2 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı — Sağ qaldı

Aztoday.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb.

Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Araşdırma aparılır.

Bənzər yazılar

Back to top button