Spirtli içkilərin satışı qadağan olundu

Print Friendly, PDF & Email

Hindistanın Qoa ştatının rəhbərliyi yeni istirahət mövsümünün başlanması ilə ictimai yerlərdə spirtli içkilərin satışını qadağan etmək niyyətindədir.

AzToday.az Trend-ə istinadən xəbər verir ki, bunu ştatın baş naziri elan edib.

Qadağa artıq bu ilin oktyabrında qüvvəyə minə bilər.

Nazirin sözlərinə görə, bu qərarın məqsədi sərxoş insanların səbəb olduğu xoşagəlməz halların qarşısını almaqdır.

Yeni qərara əsasən, spirtli içkini yalnız qapalı məkanda içmək mümkün olacaq. Mağazaların girişində spirtli içki içiləcəyi təqdirdə mağazanın cərimə olunacağı da bildirilib.

...