Ermənistan XİN: “Bəzi ərazilərin geri qaytarılması Qarabağ münaqişəsinin həllində problem yaratmaz”

Print Friendly, PDF & Email

Azərbaycan ərazilərinin geri qaytarılması məsələsi müzakirə oluna bilər.

AzToday.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumununda jurnalistlərin suallarına cavab verərkən bildirib. Onun sözlərinə görə, bəzi ərazilərin geri qaytarılması Qarabağ münaqişəsinin həllində problem yaratmaz.

Tədbirdə iştirak edən aysor.am saytının əməkdaşı qeyd edib ki, E.Nalbandyan danışıqlar barədə ətraflı açıqlama verməyib.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaratmır. Proses barədə ətraflı açıqlama verə bilmərəm. Bu danışıqların gedişatına mənfi təsir göstərə bilər”, – deyə E. Nalbandyan bildirib.

Qeyd edək ki, “aysor.am” saytı Ermənistanın hökumətyönümlü mətbuatından sayılır. Həmişə Ermənistan hökuməti qeyri-rəsmi demək istədiklərini bu sayt vasitəsilə yazırlar.

 

...