Manşet

“3 milyard” skandalına görə belçikalı senator istefa verdi

Belçikalı senator Alain Destexhe Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlüyündən istefa verib. Bu barədə Avropa mətbuatı xəbər yayıb.

AzToday.az ‘Turan’a istinadən xəbər verir ki, səbəb OCCRP beynəlxalq jurnalist şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması məqsədilə 2,9 mlrd. dolların çıxarılmasından bəhs edən araşdırmanın fiqurantı olmasıdır.

Alain Destexhe Belçikada öz qeyri-kommersiya assosiasiyası üçün Azərbaycandan maliyyə vəsaiti alırdı. O, AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi.

“İnsan hüquqları və ifadə azadlığı ilə bağlı problemləri yumşaltdığına görə onun fəaliyyəti yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olurdu. Onun məruzəsi AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Amma şənbə günü Desteks ona qarşı “hücumlardan” gileylənərək, istefa verib”, – deyə bildirilir.

A.Destexhe bildirib ki, həddindən artıq siyasiləşmiş bu assambleyada hazırda müzakirələr məruzənin məzmununda deyil, onun şəxsiyyəti üzərində cəmlənib. Onun sözlərinə görə, sakit debatlar üçün şərtlər artıq yerinə yetirilmir.

“Bir müddət əvvəl Destex AŞPA üzvlərindən ibarət qrupun Bəşər Əsədlə görüşmək üçün Suriyaya getməsi ilə bağlı qalmaqalın mərkəzində idi. Bu səfərə assambleya tərəfindən icazə verilməmişdi. Bununla əlaqədar AŞPA prezidenti Pedro Aqramunta belə bir səfərdə iştiraka görə etibarsızlıq ifadə olunmuşdu”, – agentliyin məlumatında vurğulanır.

Bənzər yazılar

Back to top button