Hadisə

Ağstafa Rayon İcra Hakimiyyəti ittihamları təkzib edir

Ağstafa Rayon İcra Hakimiyyəti Az.Today.az saytında dərc edilmiş “İcra başçısının şəxsi mülki kimi idarə etdiyi Ağstafada baş verənlərin pərdəarxası (FOTO)” başlıqlı məqaləsində səslənən ittihamlara münasibət bildirib.

İcra Hakimiyyətindən AzToday.az-a göndərilmiş təkzib mətnində qeyd olunur ki, sözügedən yazida qeyd olunan Heydər Əliyev Parkındakı iaşə obyektləri 15-20 il əvvəl tikilib.

Təkzibdə həmçinin bildirilir ki, adıçəkiləm yazida qeyd olunan “Parkda yerləşən “Gənclər mərkəzi” çayxana kimi fəaliyyət göstərir və hər ay başçıya 800 manat haqq ödəyir. Parkın başqa bir tərəfində qoyulan səyyar iaşə obyekti və atraksionlar da hər ay başçının xəzinəsinə 500 manat haqq verir.”…” meydança məqsədli şəkildə bank tikintisi üçün 70 min manata satılıb” kimi ittihamların heç bir əsası yoxdur və Ağstafa Rayon İcra Hakimiyyətinin adına xələl gətirir.

AzToday.az olaraq bəyan edirik ki, “İcra başçısının şəxsi mülki kimi idarə etdiyi Ağstafada baş verənlərin pərdəarxası (FOTO)” başlıqlı yazıda səslənən iddiaları araşdırmamış və faktların dəqiqliyini yoxlamamışdıq. Buna görə Ağstafa rayon İcra Hakimiyyətindən və oxuculardan üzr istəyirik.

Bənzər yazılar

Back to top button