Çempionlar Liqasının finalı Bakıda keçiriləcək

Print Friendly, PDF & Email

2018/2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçı Bakı Olimpiya Stadionu Bakıda (BOS) keçiriləcək. AzToday.az “Report”-a istinadən xəbər verir ki, belə bir iddia ilə İspaniyanın “Onda Cero” radiosu çıxış edib.

Bildirilir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşünün təşkili üçün BOS-un yeganə rəqibi olan Madriddəki “Metropolitano” stadionunda VİP oturacaqlarının sayı kifayət qədər deyil. Arenada bu kateqoriyadan olan 7 min yer var. Klub rəhbərliyi vergiləri az ödəmək üçün bu cür addım atıb.

Artıq UEFA-nın finalın “Metropolitano”da keçirilməyəcəyinin səbəbləri barədə “Atletiko” klubunu da məlumatlandırdığı vurğulanır.

Qeyd edək ki, 2018/2019 mövsümündə ÇL-in final matçının keçirilməsi ilə bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq.

...