Həsən Ruhani Trampı hədələdi: “Bunun hesabı ağır olacaq”

Print Friendly, PDF & Email

BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan İran prezidenti Həsən Ruhani CNN telekanalına müsahibə verib. AzToday.az xəbər verir ki, İranın nüvə proqramı ilə əlaqədar iki il əvvəl Qərb ölkələri ilə əldə olunan razılığa toxunan Ruhani, bu sazişin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Trampın sazişdən imtina etməyə çalışdığını deyən Ruhani, bunun nəticəsinin Amerika üçün yaxşı olmayacağını qeyd edib: “Əgər ABŞ müqaviləni pozsa, ağır hesab ödəyəcək. İnanıram ki, amerikalılar bunu heç vaxt istəməzlər. Nüvə razılığından imtina beynəlxalq ictimaiyyətin Vaşinqtona olan etibarını da zədələyəcək”.

...