Venesuela prezidenti Trampı “Yeni Hitler” adlandırıb

Print Friendly, PDF & Email

Venesuelanın prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı “Yeni Hitler” adlandırıb.

AzToday.az-ın infoaz.org-a istinadən verdiyi xəbərə görə, N. Maduro BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib ki, Tramp özünü dünyanın sahibi zənn edir.

D.Trampın BMT Baş Assambleyasında Venesuela əhalisinə qarşı təcavüzkar nitqlə çıxış etdiyini deyən N. Maduro bildirib ki, heç kim onları təhdid etməyə cəsarət edə bilməz.

Qeyd edək ki, ABŞ lideri N. Maduronu Venesuelanın dağılmasına gətirib çıxaran avtoritar rejim yaratmaqda ittiham edib və ABŞ-ın Venesuelada Maduronun “korrupsiya rejiminə” təzyiq göstərməyə davam edəcəyini vurğulayıb.

Venesuelanın Xarici İşlər Nazirliyi də Trampın çıxışını şərh edərək, onun sözlərinin beynəlxalq hüquqa zidd olduğunu deyib.

...