Tillerson: ‘İranla nüvə sazişinə dəyişikliklər edilməlidir’

Print Friendly, PDF & Email

İranın 2015-ci ildə imzaladığı nüvə sazişini prezident Donald Trump administrasiyasının dəstəkləməsi üçün ona dəyişikliklər edilməlidir. Bunu ABŞ-ın dövlət katibi Rex Tillerson sentyabrın 19-da axşam «Fox News»a müsahibəsində deyib.

«SAATIMIZI QURA BİLƏRİK»

Tillerson-un sözlərinə görə, administrasiya özəlliklə sazişin müddətiylə bağlı maddələrdən narazıdır. Belə ki, İrana sanksiyaların qaldırılması əvəzində uran zənginləşdirmə fəaliyyətinə qoyulmuş qadağa 10 ildən sonra, 2025-ci ildə bitir.

Dövlət katibi bu müddəaları sazişin «ən gözəgirən qüsuru» adlandırıb.

«Bu, yetərincə sərt razılaşma deyil. Bu, onların proqramını elə də yavaşıtmır. Saatımızı artıq onların nüvə silahı hazırlamağı bərpa edəcəyi müddətədək qura bilərik», – o söyləyib.

«İran sazişinə əməl etməliyiksə, ona dəyişikliklər olunmalıdır. Müddətlə bağlı müddəanı saxlamaq elə də ağıllı yol deyil», – Tillerson «Fox»a deyib.

BİDONU CIĞIRLA AŞAĞI YUVARLATMAQ

«Bu, sadəcə, bidonu cığırla aşağı yuvarlatmaqdır ki, gələcəkdə kimsə onunla məşğul olsun», – o vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar sazişi imzalamış avropalı müttəfiqlərindən İranı dilə tutmağa, müddətlə bağlı müddəalar üzrə danışıqları yenidən aparmağa kömək istəyəcək.

Tillerson-un müsahibəsindən bir gün öncə Fransa prezidenti Emmanuel Macron da həmin müddəalarla bağlı danışıqların yenidən başladılmasını təklif edib. O, təklifini ABŞ və İran prezidentləriylə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə dilə gətirib.

Sentyabrın 19-da BMT-dəki çıxışında isə Macron deyib ki, sazişdən çıxmaqla bağlı hər hansı qərar «məsuliyyətsiz» və «böyük səhv» olar. Amma o, tənqidçilərin bir fikriylə razılaşdığını vurğulayıb – nüvə sazişi İranın 2025-ci ildən sonrakı nüvə fəaliyyətini əhatələmir, eləcə də İranın ballistik raket proqramı, regional münaqişələrdə iştirakı sarıdan Qərbin narahatlığına rəvac verir.

İRANIN REAKSİYASI

ABŞ prezidenti Donald Trump isə BMT-də çıxışında İranı Yaxın Şərq boyunca sülhü sarsıdan «məsuliyyətsiz qatil rejim» adlandırıb.

«Biz sonucda nüvə proqramının qurulmasını pərdələyən sazişə əməl edə bilmərik», – Trump söyləyib.

İran tərəfdən reaksiya özünü gözlətməyib. Prezident Hassan Rohani jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar sazişdən çıxsa, dünyanın etibarını itirəcək.

İranın xarici işlər naziri Javad Zarif Trump-ın sözlərini «abırsız və cahil» adlandırıb.

Zarif İranın «Fars» dövlət xəbər agentliyinə deyib ki,

«ABŞ prezidentinin abırsız və cahil sözləri, daxili və xarici siyasətdə İran reallıqlarını, onun terrorçuluqla mübarizəsini gözardı etməsi Trump-ın necə məlumatsız olduğunu göstərir».

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ABŞ-ın nüvə sazişiylə bağlı mövqeyini sərtləşdirməsindən narahatlığını dilə gətirib. O deyib ki, sentyabrın 20-də nüvə sazişini imzalamış ölkələrin xarici işlər nazirlərinin görüşündə sazişi ABŞ tənqidindən müdafiə edəcək.

...