Xəbərlər

Təqsirləndirilən şəxs: “Nə qədər cəza versələr də, xeyri yoxdur. Özümə qəsd edəcəyəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elçin Həsənov və Elnur Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə Samir Əliyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslər son söz söyləyib. Təqsirləndirilən Elçin Həsənov günahsız olduğunu, Elnur Məmmədov isə işə düzgün baxılmadığını deyib: “Ölən şəxsi mən vurmuşam, Elçinin günahı yoxdur. O, bizi ayırmağa çalışıb. Günahı bu olub. Ona dörd bıçaq vurmuşam. Hələ biri də Elçinin əlinə dəyib. Buna görə Elçini tutublar”.

Təqsirləndirilən şəxs özünə qəsd edəcəyini deyib: “İşə düzgün baxılmadı. Mənə 25 il də versələr xeyri yoxdu. Özümə qəsd edəcəyəm. Nə qədər cəza versələr razıyam. Amma Elçin günahsızdır”.

Məhkəmənin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə təqdirləndirilən Elçin Həsənovun əməli isə cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib. Bu maddə ilə E.Həsənov 4 il azadlıqdan məhrum edilib.

Bildirək ki, hər iki şəxsə qarşı qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə təqsirli bilinirdilər.

Qeyd edək ki, qətl hadisəsi Suraxanı rayonunda baş verib. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi, Səbail rayon Mühafizə İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən Elnur Məmmədov və Elçin Həsənov tutulub.

Onlar Tovuz rayon sakini, Ramana qəsəbəsində kirayədə yaşayan 31 yaşlı Elşad Əmirovu qətlə yetirməkdə təqsirli bilinir.

Bənzər yazılar

Back to top button