Dünya

Məktəb binasının uçması nəticəsində 22 uşaq öldü

Meksikada güclü zəlzələ nəticəsində azı 139 nəfər həyatını itirib.

AzToday.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puente məlumat verib.

Paytaxt Mexikoda zəlzələ zamanı məktəb binasının uçması nəticəsində 22 uşaq və 2 böyük insan dünyasını dəyişib.

Çərşənbə axşamı Meksikada 7,1 bal gücündə zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib.

Bənzər yazılar

Back to top button