İqtisadiyyat

OPEC şist nefti qarşısında acizdir

OPEC və müttəfiqləri, bu həftə təşkil edəcəkləri yığıncaqda, həddindən artıq qlobal təklifin önünə keçmək üçün sərf etdikləri səyin işə yaradığını görəcəklər; ancaq təklif (hasilat) artıqlığındakı azalma qısaömürlü ola bilər.

Bloomberg xəbər verir ki, neft qiymətləri, yenidən yüksəlişə keçərək üç ayın zirvəsinə çıxıb və anbarlarda neft ehtiyatları dünya səviyyəsində azalıb. Bu, OPEC və Rusiyanın da içərisində olduğu müttəfiqlərinin doqquz aydır tətbiq etməkdə olduqları hasilat məhdudlaşdırmalarının nəhayət işə yaradığı işarələrini verir. Yenə də, ABŞ-ın neft ehtiyatları yavaş da olsa artmaqda davam edir və qiymətlər üzərində təzyiq yaradır.

“CitiGroup”un əmtəə araşdırma müdiri Ed Morse, “OPEC-in tətbiq etdiyi strategiya işə yaramış kimi görünə bilər. Buna baxmayaraq, OPEC, şist nefti qarşısındakı uzunmüddətli mübarizədə uduzub” deyə bildirib.

OPEC və tərəfdaşları neft qiymətlərini qaldırmaq üçün gündəlik hasilatlarını 1,8 milyon barel azaldırlar. Yaradılmış Komitə 22 Sentyabrda toplanaraq vəziyyəti müzakirə edəcəkdir. Noyabr ayında təşkil ediləcək toplantıda isə müddətin uzadılmasının müzakirə ediləcəyi gözlənilir. Hasilatın azaldılması sazişinin müddəti 2018-ci ilin Mart ayının sonunda başa çatacaq.

Bu dəqiqələrdə Brent nefti 55,44 dollardan alıcı tapır.

Bənzər yazılar

Back to top button