Əli Mirəliyev yenə od püskürdü – VİDEO

Print Friendly, PDF & Email

“Neynədiniz ki, bu maşınları, villaları aldınız? Hansı pulla bunları əldə etdiniz?”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri müğənni Əli Mirəliyev ARB TV-nin “Günə davam” verilişində deyib.

Sənətçi ifaçılara söz atıb:

“Məni bəyənən də var, bəyənməyən də. Əlbəttə, bəyənməzlər. Oxuya bilmir, gəlib bahalı maşın sürür. Mən mərdəkana taksi ilə gedib-gəlirəm. Neynədiniz ki, bu maşınları, villaları aldınız? Hansı pul ilə? 50 ildir mən toya gedirəm, mənim “Zaparoji”m yoxdur. Ağlamıram, olanı deyirəm. Nə istəyirsiz məndən? Nə etməliyəm? Sözümü deməyim? Deyim ki, hamısı yaxşı oxuyur? Nə edim ki, sizin xoşunuza gəlim? Hər adam ulduz olur? Ulduzlar bilirsoz kimlərdi? Rəşid, Müslüm, Bülbül, Flora – ulduzlardır. Siz alaq otusunuz. Sizi kökünüzdən kəsmək lazımdır”.

...