Xaçmazda meşə yanır – İcra başçısı hadisə yerindən danışdı

Print Friendly, PDF & Email

Xaçmaz rayonunda meşədə yanğın başlayıb. Bu barədə Trend-ə Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verib.

İcra başçısı bildirib ki, hadisə rayonun Çiləgir kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsində başlayıb və meşə zolağına keçib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb edilib:

“Özüm də buradayam. Yanğının söndürülməsi üçün iş gedir. Yaşayış məntəqələrinə yaxın ərazi olmadığından yanğının kəndlərə keçmə təhlükəsi yoxdur”.

İcra başçısı bildirilib ki, yanğın ərazisi artıq lokallaşdırılıb.

...