Dünya

Qafan şəhərində müəmmalı olay: Njdenin qəbri üstündə qətl

Hadisənin Faşizm üzərində Qələbinin 75 illiyi və qondarma erməni “soyqırımı”nın qeyd edilməsi tarixi ərəfəsində baş verməsi suallar doğurur

Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 22 aprel saat 06:50-də Ermənistanın Sünik vilayətinin Qafan şəhərində yerləşən faşist Qaregin Njdenin qalıqlarının dəfn olunduğu qərbinin önündə bir nəfər gəncin cəsədi tapılıb.

AzToday.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində iki sərf olunmuş patron gilizi tapıblar

Öldürülən şəxsin 29 yaşlı Qafan şəhər sakini olduğu müəyyənləşdirilib. Bir sıra ekspertizalar təyin edilib.
Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi (qətl) və 235-ci maddənin 1-ci hissəsi (silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi) ilə cinayət işi başlanıb.

Erməni KİV qətlin niyə məhz son dövrlər sovet ordusuna qarşı almanların tərəfində vuruşan və minlərlə ermənini də bu fəaliyyət üçün səfərbər etdiyinə görə Azərbaycanda və Rusiyada lənətləndiyi, ancaq türkləri qətlə yetirdiyi üçün ermənilərin “qəhrəman” elan etdiyi Qaregin Njdenin qəbirüstü abidəsinin önündə törədilməsi müəmmalı olaraq qalır. Hadisənin faşizm üzərində qələbinin 75 illiyi və qondarma erməni “soyqırımı”nın qeyd edilməsi tarixi ərəfəsində baş verməsi bu sualların sayını artırır.

Xatırladaq ki, Sovet dövründə Üçüncü Reyxə xidmətdə ittiham edilərək ömürlük həbs düşərgəsində həbs cəzası ilə məhkum edilən Q.Njde sürgündə ölüb. Onun qalıqlarını 1983-cü ildə Ermənistana gətiriblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button