CəmiyyətGündəm

MÜƏLLİMLƏRİN MAAŞI İMTAHANIN NƏTİCƏLƏRİ İLƏ MÜƏYYƏNLƏŞDİRİLƏCƏK ? – YENİ MEXANİZM

Kamran Əsədov: “Rusiyada müəllimlərin əmək haqqının müəyyənləşdirilməsi imtahanla aparılır. Müəllimlər hər il müəllimlər imtahan verir ”

“Kurikulum sistemində şagirdlərin ali məktəbə qəbul imtahanlarında göstərdiyi nəticələr deyil, onların şəxsiyyət kimi formalaşması əsas götürülür”.

Bunu “Sherg.az”a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu gün artıq bilik yönümlü deyil, şəxsiyyət yönümlü şagirdlər yetişdirilir:

“Təəssüf ki, yenə də ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən məktəbləri ən yaxşı məktəb hesab edirik. Halbuki qoşulduğumuz strategiya ən yaxşı məktəb kimi ailə başçısı, əsgər, vətənpərvər yetişdirən məktəbləri bilir.

Məktəblərimizdə müəllimin əmək haqqı keyfiyyətli təhsil verməsi ilə üst-üstə düşmür. Bunu rasionallaşdıran mexanizm yoxdur.

Dünya təcrübəsindən misal göstərək. Rusiyada müəllimlərin əmək haqqının müəyyənləşdirilməsi imtahanla aparılır. Müəllimlər hər il müəllimlər imtahan verir. Onlara 100 ballıq şkala ilə imtahan qiymətləndirilməsi aparılır. Tutaq ki, 50 faizdən aşağı nəticə göstərənlər işdən azad olunur. 50-70 faiz nəticə göstərənlər təxmini 400 manat, 70-90 faiz göstərənlər təxmini 600 manat, 90-dan yuxarı nəticə göstərənlər isə 800-1000 manat arası əməkhaqqı alır. Azərbaycanda isə bu müəyyən edilməyib.

Konkret dərs saatı ilə əməkhaqqı verilir. Azərbaycan müəlliminin əməkhaqqının stimullaşdırılması diaqnostik qiymətləndirmədə topladıqları ballara uyğun dərs saatları verilir və əməkhaqqı təyin edilir. Onlar daha çox əməkhaqqı almaq üçün keyfiyyətli dərs keçməlidirlər. Azərbaycanda hazırda müəllimlərin əmək haqqını müəyyənləşdirən yalnız bu sistemdir”.

Bənzər yazılar

Back to top button