7 YAŞLI QIZIN ÜRƏYİ ÇÖLDƏ DÖYÜNÜR

Print Friendly, PDF & Email

Onun soyuq iqlimdə yaşaması risk olduğu üçün anasıyla birlikdə Floridaya yerləşib

Ölümcül bir xəstəlik üzündən 7 yaşlı qızın ürəyi çöldə döyünür. Talehsiz qız güldüyü zaman belə ürəyi sinəsindən çölə çıxaraq sürətli bir şəkildə vurur və ürəyini yalnız incə bir dəri saxlayır.
Virsaviya Borun adlı qızın ürəyinin çöldə vurduğunu göstərən video internetdə hər kəsi şok salıb. Cantrell pentalojisi adı verilən və olduqca nadir rast gəlinən xəstəlik, körpənin birdən çox xəstıliklə dünyaya gəlməsi vəziyyətinə deyilir. Bəzi hallarda sadə çatışmazlıqla görünsə də, bəziləri ölümcül ola bilir.
“Daily Mail”də nəşr olunan xəbərə görə, əslən rus olan Virsaviyanın soyuq iqlimdə yaşaması həyati bir risk əmələ gətirdiyi üçün anasıyla birlikdə Floridaya yerləşib. Ana Dari Borun qızının müalicə xərclərini tək başına qarşılamaq məcburiyyətində olduğu üçün çətinlik çəkir. Buna görə bir fonddan yardım gözləyir.

...