Dünya

Ermənistanda keçmiş merin oğlu saxlanıldı

Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb.

AzToday.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Gümrü şəhərinin sakinlərindən biri hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib ki, Spartak Qukasyan bir neçə nəfərlə onun evinə gələrək nəvəsi ilə münasibətləri aydınlaşdırmaq istəyib.

Bundan sonra polislər keçmiş merin evinə gedib. Spartak Qukasyan əvvəlcə qapını açmaqdan imtina edib. Daha sonra polis rəisinə zəng vuraraq onu hədələyib. Lakin polislər sonunda Spartak Qukasyanı ələ keçirə biliblər. O, dövlət qulluqçusuna zor tətbiq etməkdə ittiham olunur.

Qaynarinfo.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button