«Liverpul» «Barselona»dan elə məbləğ istədi ki…

Print Friendly, PDF & Email

Neymarı PSJ-yə satmaq məcburiyyətində qalan “Barselona” yay transfer dönəmində “Liverpul”dan Filipe Koutinyonu transfer etməyə çalışsa da, istəyi baş tutmamışdı.

“Qaynarinfo” xəbər verir ki, buna tərəflərin maliyyə məsələlərində anlaşa bilməməsi səbəb olub. Artıq “Liverpul”un kataloniyalılardan istədiyi məbləğ də açıqlanıb.

Bu barədə İspaniyanın “El Rondo” televiyasına “Barselona”nın prezidenti Josep Maria Bartomeu açıqlama verib. Klub rəhbəri Koutinyo üçün son ana qədər çalışdıqlarını, amma “Liverpul”un inanılmaz tələbləri üzündən transferin baş tutmadığını bildirib:

“Qırmızılar”ın 25 yaşlı braziliyalı üçün 200 milyon avro kimi inanılmaz bir məbləğ tələb etdiyini qeyd edən Bartomeu “Biz 100 milyon avrodan bir qədər az məbləğdə təklif göndərmişdik. Amma onlar 200 milyon avro istədi” deyib.

Qeyd edək ki, Koutinyonun keçidi alınmadığından “Barselona” Dortmund “Borussiya”sından Osman Dembeleni 105 milyon avroya transfer edib. Kataloniyalılar almanlara 47 milyon avroya qədər əlavə bonus da ödəyə bilər.

...