Cəmiyyət

2024-cü ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar – Siyahı

Bu ilin ilk 15 günü ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yeniavaz.com xəbər verir ki, sözügedən statistikanı Ədliyyə Nazirliyi təqdim edib.

Göstəricilərə əsasən, cari ildə ən çox qoyulan kişi adı Raul olub – 10 nəfər.

Bu dövrdə qızlara isə ən çox qoyulan ad Fatimə olub. 11 nəfər qız körpəyə Fatimə adı verilib.

Kişi adları arasında ən çox istifadə olunanlar Uğur (7), Hüseyn (7), Yusif (7), Əli (7), Amir (5), Aslan (4), Murad (4), Məhəmməd (4) və Həsən (4) olub.

Həmçinin yeni doğulan 9 qız uşağına Ayla, 9 uşağa Aylin, 8 uşağa Məryəm, 8 uşağa Nilay, 6 uşağa İnci, 6 uşağa Zeynəb, 6 uşağa Zəhra, 5 uşağa Nur və 5 uşağa Jasmin adı verilib.

Bənzər yazılar

Back to top button