Dünya

ABŞ və Avropa İttifaqı “Kürdüstan”la bağlı mövqeyini ortaya qoydu

Avropa İttifaqı (Aİ) İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətini, sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumunu ləğv etməyə çağırıb. AzToday.az “əl-Ərəbiyyə”-yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini açıqlama verib.

“Avropa İttifaqı hər zaman İraqın müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə dəstək verir. Referendum Bağdadla müzakirə edilmədiyi üçün zərərvericidir və bundan daşınmaq lazımdır. Problem sülh və dialoq yolu ilə həllini tapmalıdır” — Mogerini deyib. Ali nümayəndə, Bağdadla razılaşdırıldığı halda, kürdlərin müstəqillik prosesinə dəstək verəcəklərini də qeyd edib.

“Əgər İraqın şimalındakı kürd muxtariyyəti referendum keçirməkdə israr etsə, onlar üçün xoşagəlməz nəticələri olacaq”. Sputnik Azərbaycan “Reuters”-ə istinadən xəbər verir ki, bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauret açıqlama verib.

İraq kürdlərinin referendum qərarını sərt tənqid edən Nauret, muxtariyyətin lideri Məsud Bərzanini mərkəzi hökumət və qonşu dövlətlərin çağırışına qulaq asmağa çağırıb: “Birləşmiş Ştatlar, referendum qərarına sərt şəkildə qarşı çıxır. Çünki kürdlərin qərarı Bağdadla müzakirə olunmayıb. Üstəlik qonşu ölkələrlə də münasibətlər korlana bilər”.

Bənzər yazılar

Back to top button