Mingəçevir Dövlət Universitetində hicab qadağası: Rektor başı örtülü tələbələrin dərsə buraxılmayacağını elan etdi

Print Friendly, PDF & Email

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev dərsə hicabla gələn tələbə qızların universitetə buraxılmayacağını deyib.

Rubrika.az Avropa.info-ya istinaden bildirir ki, bu barədə Mingəçevir Dövlət Universitetinin tələbələri məlumat veriblər.
Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev bu qərarını dünən tələbələrin qarşısında çıxış edərkən açıqlayıb.
Rektorun qərarından narazı olan tələbələrin valideynləri məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət ediblər. Təhsil Nazirliyində valideynlərə bildiriblər ki, bu məsələ Mingəçevir Dövlət Universitetinin daxili işidir, nazirlik bu məsələyə qarışa bilməz.
Məsələ ilə bağlı Mingəçevir Dövlət Universitetinin münasibətini öyrənməyə çalışdıq. Dəfələrlə etdiyimiz zənglərə baxmayaraq, universitetdən telefona cavab verən olmadı.
Təhsil Nazirliyinə də etdiyimiz zənglər cavabsız qaldı.
Məsələni diqqətdə saxlayacağıq.

...