“Alveş Neymarın faşihəsi kimidi”

Print Friendly, PDF & Email

Uruqvaylı futbolçu Dieqo Forlan PSJ-nin futbolçuları həmyerlisi Edinson Kavani və braziliyalı Neymar arasındakı davaya münasibət bildirib. Fanat.Az xəbər verir ki, o, həmyerlisini müdafiə edərək Dani Alveşi hədəfə alıb:

“Kavani vəziyyətdən necə çıxacağını, nə danışacağını yaxşı bilir. Meydandan kənarda kiminləsə dost olmaq məcburiyyətində deyil. Amma meydanda hamısı komanda yoldaşıdı və yaxşı anlaşmağa məcburdular.

Bu problemin iki futbolçu arasında olması normal hadisədi. Amma Dani Alveşin topu alaraq sanki Neymarın fahişəsi imiş kimi ona verməsi məntiqli deyil.

Neymar tarixin ən bahalı transferi ola bilər. Ancaq Kavaniyə hörmətlə yanaşmalıdı. Neymar bu hərəkəti Messiyə qarşı edə bilməzdi”.

Qeyd edək ki, “Lion”la oyunda cərimə zərbəsini və penaltini vurmaq üstündü Kavani və Neymar arasında gərginlik yaranmışdı. Daha sonra onların paltardəyişsə otağında dava etdiyi də deyilir.

...