Tramp KXDR-lə ticarət əlaqəsi olanlara qarşı sanksiyaları sərtləşdirib

Print Friendly, PDF & Email

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə ticarət əlaqəsi saxlayan şirkətlər və fiziki şəxslərə qarşı sanksiyaları sərtləşdirib.

AzToday.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, yeni sanksiyalar gəmiçilik və digər şirkətlər də daxil olmaqla, KXDR-lə ticarət əlaqəsi olan təşkilatlar və şəxslərin “qara siyahı”ya salınmasını nəzərdə tutur.

Məlumata görə, bu addımlar Pxenyanın nüvə və raket proqramı məsələsində təzyiqin artırılmasına və bu proqramların maliyyə mənbələrinin qarşısının alınmasına hesablanıb.

...