Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradıldı

Print Friendly, PDF & Email

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “ Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində ekoloji kənd təsərrüfatı, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb.

...