Dünya

Tramp və Ərdoğan İraq Kürd Muxtariyyətində referendumun ciddi fəsadlar yaradacağını bildiriblər

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qarşı çıxış edərək, onun keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.

AzToday.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatda bildirilir.

“Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıblar. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır”, – deyə Ağ Evin məlumatında bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button