CəmiyyətMədəniyyət

Mehriban Vəzirin yeni kitabı çapdan çıxdı: “Öz hekayəm”

Sevilən yazıçı-publisist Mehriban Vəzirin yeni kitabının çapdan çıxdığının sorağını aldıq.

Elə yazıb kitabındakı hekayələrin mövzusu, sujet xətti barədə soruşacaqdıq ki, Mehriban xanım öz “Facebook” səhifəsində “Öz hekayəm” adlı kitabının üz qabığında “içindəkilər” barədə öz dilindən yazdığı fikirlərini paylaşıb.

“İnsan taleyi zamanın və məkanın siyasi məhsuludur. Dövlətin siyasəti xeyirxahdırsa, idarəetmə ədalətlidirsə, uğur yalnız dürüstlükdən və peşəkarlıqdan keçirsə toplum xoşbəxt olur. İdarə edənin və idarə edilənin şüuruna və əməllərinə fərdi ləyaqət nəzarət edir.

Yox, işlər tərsinə gedirsə, dövlət insanı qısnayan, yalvardan, əl öpdürən zorakılıq alətinə çevrilibsə, rifah yaltaqlıqdan, rüşvət al-verindən keçirsə ən öndə ərşə çəkilən insan ləyaqəti olur.

Belə ağır itkidən sonra tənəzzül başlayır. Bu tənəzülün ən böyük qurbanı dövlətdir. Çünkü vətəndaşın ləyaqəti dövlətin onurğasıdır, insan ləyaqəti dövləti dik saxlayan sütundur. Sütün çökərsə talelər çökər, kütləvi bədbəxtlik ayaq tutub yeriyər…

…bu kitaba “siyasi məhsulun” hekayələşmiş hadisələrini topladım.”

Bənzər yazılar

Back to top button